Dünya

İran elektrik motosikletlər istehsal edəcək

21 Yanvar 2020 20:31
0 Şərh     Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın sonuna kimi İranda elektrik motosikletlərlə bağlı layihə icra olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian Həmədanda jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, bu layihə ətraf mühitin çirklənməsini azaldacaq.

O, əlavə edib ki, istehsalçı şirkətlərlə əməkdaşlıq üzrə layihə hazırlanıb və Energetika Nazirliyi bu cür motosikletlərə elektrikin verilməsi üçün stansiyalar yaradacaq.

Qeyd edək ki, İranda təxminən 12 milyon ədəd motosiklet var. Onun 2 milyona yaxını Tehrandadır. İran hökuməti Tehranda hava çirkliliyinin azaldılması ilə əlaqədar bir sıra layihələri nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.