Dünya

Ermənistanda şok: Nikol bakılılara baş əydi… - FOTO

21 Yanvar 2020 15:39
5 Şərh     Baxış: 10 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İrəvanın "Politik.am" saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur "Mollak" qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan "Ermənilər və azərbaycanlılar - xoşbəxt xalqlar" başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib. O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: "20 yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.