Dünya

Venesuelada elektrik enerjisi və internet kütləvi kəsildi

19 Yanvar 2020 14:26
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Netblocks" agentliyi Venesuelanın şimalında və qərbində elektrik təchizatında geniş miqyaslı nasazlıqlar barədə məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə, ölkənin 23 əyalətindən 16-sı elektrik enerjisinin kəsilməsi ilə üzləşib, bunlardan üçündə - Taçira (14%), Merida (23%) və Karabobo (45%) əyalətlərində elektrik enerjisinin verilməsi az hissədə bərpa olunub.

Ölkədə elektrik enerjisinin kəsilməsi 5 əyalətdə İnternet bağlantısı ilə bağlı problemlərə səbəb olub.

Müşahidəçilər və analitiklər Venesueladakı elektrik enerjisinin kəsilməsinin səbəblərinin avadanlıqların köhnəlməsi və infrastruktura az investisiya qoyulmasını hesab edirlər.

Karakasda ötən yay yaşanan elektrik kəsintilərindən sonra, Venesuela Rabitə və İnformasiya naziri Xorxe Rodriges, ölkə daxilindəki elektrik problemlərinin, ölkənin əsas su elektrik stansiyasına yönəldilmiş "elektromaqnit hücumu" səbəbi ilə əlaqədər olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.