Dünya

İranda yenə də avtobus aşdı: xeyli ölən və yaralanan var

15 Yanvar 2020 11:36
0 Şərh     Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib.

O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir.

Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib.

Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin yolun qarlı və sürüşkən olması nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, 9 yanvarda İranın Mazandaran vilayətində avtobusun dərəyə aşması nəticəsində 20 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.