Dünya

Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi

13 Yanvar 2020 19:54
0 Şərh     Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin işi ilə bağlı məhkəmə prosesini qeyr-konstitusion adlandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar sabiq prezidentin ölüm hökmü ləğv edilib.

Məhkəmə bildirib ki, P.Müşərrəfin təqsirli bilinməsində əsas götürülən Konstitusiyanın 6-cı bəndi 2010-cu ildə dəyişdirilib. Məhkəmə həmin dəyişikliyin geriyə qüvvəsinin olmadığını müəyyən edib. P.Müşərrəf isə 2010-cu ildən daha əvvəl baş vermiş hadisələrə görə ittiham edilib.

Xatırladaq ki, ötən ilin dekabrında P.Müşərrəf dövlət çevrilişində ittiham edilərək ölüm hökmünə məhkum edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.