Şou-biznes

“Yaşım az idi, düşünürdüm ki, bu boyda xanım məni aldatmaz"

6 Noyabr 2025 08:41
Baxış: 1 430
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Üzeyir Mehdizadə martaqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi onu gözü götürməyən ifaçılara qarşı necə mübarizə apardığını deyib.

"Əksəriyyətini bu düşüncə ilə ötüşdürürəm ki, hər bir kəs səhv edə bilər. Mən ümumiyyətlə demirəm ki, haqqımda düşünənlər səhv edir. Çünki hər kəsin öz fikri, öz baxışı var. Mahnılarım haqqında da kimsə mənfi fikirdə ola bilər.
Əgər kimsə bilmədən arxamızca danışır, haqqımıza girirsə, düşünürəm və ümid edirəm ki, nə vaxtsa doğru yolu tapar. Buna görə də onların arxasınca çox düşmürəm. Elə bilirəm ki, mən hansısa məsələdə səhv etmişəmsə, onlar da bu məsələdə səhv edirlər.

Allah bizə buyurub ki, səbrli olaq. Mən də səbrin niyə bu qədər tövsiyə olunduğunu araşdırmışam. Səbr etməyən insan özündən çıxır, idarəetməni itirir. Bu halda insan gülünc və ya acınacaqlı vəziyyətə düşə bilər. Amma normal halda bu baş verməz.
Səbrim var, amma bunu asan sanmasınlar. Həyatda güclü olmağa çalışırıq. Bu gün səhnədəyik, sabah isə məhlədə ola bilərik. Həyat təkcə çalıb-oxumaqdan ibarət deyil".

Mehdizadə çətin keçən sənət yollarına da nəzər salıb:

"Mən qarşıma qoyduğum məqsədə çatanda artıq travmalar almışdım. Acı da olsa, etiraf edəcəyəm. Bu, bizim keçmiş televiziya proqramlarından başlayır. O vaxt məni aldadıb efirə çağırırdılar. 19-20 yaşım var idi, özümü böyük hesab edirdim. İndi başa düşürəm ki, çox gənc olmuşam. Onlar da bundan istifadə edirdilər. Yolda məni görən yaşlı adamlar deyirdilər ki, "elə verilişlərə çıxma, nə məcburdur axı?". Amma başa sala bilmirdim ki, telefonda dəvət edəndə başqa cür danışırlar. Yaşım az idi, saf idim, düşünürdüm ki, bu boyda kişi, xanım məni aldatmaz. Sonra gördüm ki, aldatmağa meyilli insanlar da az deyil.

Belə bir hal var: yeni bir iş yoldaşı gələndə insanların 90 faizi onda mənfi bir şey axtarmağa çalışır. Lap sənət adamı gələndə də deyirlər ki, "bu haradan çıxdı?" Amma düşünürəm ki, biz həyatda gülə-gülə qarşıladığımız nə varsa, onları ağlaya-ağlaya yola salırıq. Bunu rişxənd mənasında yox, hər bir mənada deyirəm. Seçim edərkən və bir insana yanaşanda ilkin mərhələdə onun mənfi tərəflərini axtarmayaq. Əgər bu yanaşmaya nəzarət etsək, heç kim travma almaz və münasibətlər daha sağlam olar".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.