Dünya

Bolqarıstanda yaşayış binası partladı: xəsarət alanlar var

13 Yanvar 2020 12:59
0 Şərh     Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstanın Varna şəhərində yaşayış binasında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.

Qeyd olunur ki, hadisəyə qaz balonunun partlaması səbəb olub. Partlayışdan sonra binada güclü yanğın başlayıb.

Mənzillərdən birinin divarlarının uçması nəticəsində daha bir qadın itkin düşmüş hesab olunur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İtkin düşən qadının axtarışları aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.