Dünya

Xorvatiyada qocalar evində yanğında ölənlər var

12 Yanvar 2020 08:55
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqreb yaxınlığında qocalar evində yaşayan altı nəfər yanğında həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dekabrın 11-də səhər saatlarında Xorvatiyanın paytaxtından 30 km aralıda yerləşən Andreşevac kəndindəki qocalar evində yanğın baş verib. Yanğın taxta konstruksiyanı sürətlə bürüyüb və yanğınsöndürmə briqadalarının dərhal gəlməsinə baxmayaraq bina tamamilə yanıb.

Yanğının səbəbləri hələ müəyyən edilməyib. İlkin məlumata görə, binada ümumilikdə 20 nəfər olub.

Faciə ilə əlaqədar hadisə yerinə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç baş çəkib, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.