Dünya

Ötən il Avropa İttifaqına miqrant axını əvvəlki illərlə müqayisədə azalıb

10 Yanvar 2020 21:41
0 Şərh     Baxış: 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının "Frontex" sərhəd nəzarəti xidmətinin məlumatına əsasən, 2019-cu ildə Avropaya əvvəlki illərlə müqayisədə daha az miqrant üz tutub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçən il Yunanıstanın güclü miqrant axını ilə (74 min nəfərlə) üzləşməsinə baxmayaraq, ümumi rəqəm əvvəlki illərdə olduğundan daha azdır.

Ötən il sərhədlərin qeyri-qanuni keçməsi 2018-ci illə müqayisədə 6 faizə, yəni, 139 min nəfərədək azalıb. Bu rəqəm 2015-ci ildəki göstəricidən 7,4 dəfə azdır. 2015-ci ildə 1 milyon 32 min 408 nəfər sərhədləri qeyri-qanuni yollarla keçib.

Miqrantlar əsasən Yunanıstan, Qərbi Balkan və Qərbi Avropa ölkələrinə üz tutublar. Lakin onların bəziləri deportasiya edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.