Dünya

Kompüterini ustaya verən müəllim həbs olundu - Səbəb dəhşətə gətirir

9 Yanvar 2020 12:52
2 Şərh     Baxış: 5 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kompüterini ustaya verən 69 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatındakı "John Long Middle School"da 10 ildir ki, müəllim işləyən 69 yaşlı William Crawford kompüter ustasının şikayətinə əsasən tutulub.

"Toshiba" markalı noutbukunda problem yaranan kişi onu təmir etmək üçün kompüter ustasına müraciət edib. Proqramist noutbuku təmir edərkən yüzlərlə çılpaq uşaq şəkilləri və uşaq porno videoları tapıb. O, dərhal polisə müraciət edib.

Şikayət əsasında William Crawford saxlanılıb. Araşdırmalardan sonra onun müəllim olduğu və həqiqətən də, pornoqrafik materiallar yaydığı aşkarlanıb.

Onun uşaq pornosu saxlama maddəsi ilə həbs olunması barədə qərar verilib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.