Dünya

Məşhur cütlüyün oğlu səhvən bıçaqlanaraq öldürüldü

7 Yanvar 2020 19:58
0 Şərh     Baxış: 2 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Şişli məhəlləsində şərəb istehsalı ilə məşğul olan dünyaca məşhur firmanın sahibləri Fiqen M. ilə Randolp V.M.nın oğlu Emre M. bıçaqlanaraq öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə xəstəxana önünündə törədilib. Qardaşı ilə səbəbi bilinməyən mübahisədən sonra onun tərəfindən döyülən Emre xəstəxanaya çatdırılıb. O, təcili yardımdan endirilərkən Akın K. adlı şəxs onu qohumlarını yaralayan şəxsə bənzədərək bıçaqla hücum edib və gəncə ölümcül xəsarət yetirib. Emre M. həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Polis hadisədən sonra qaçan Akını həbs edib. Araşdırmalar zamanı qətli törədənin daha 3 qəsdən yaralama ittihamı üzrə cinayət işi olduğu üzə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.