Dünya

Avropalılar nədən qorxurlar?

8 Yanvar 2020 08:52
0 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son sosioloji tədqiqatların nəticələri sübut edir ki, Avropa sakinlərinin yarısı terrorçuluğu, beynəlxalq mütəşəkkil cinayətkarlığı, Afrika və Yaxın Şərqdən nəzarət olunmayan miqrasiyanı sülhə və təhlükəsizliyə əsas təhlükə hesab edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, agentliyin xüsusi müxbirinin statistik göstəricilər əsasında apardığı tədqiqatın yekununa görə, avropalıların daha az hissəsi xarici xüsusi xidmət orqanlarından, ifrat sağçı və ifrat solçu qüvvələrdən, həmçinin Aİ məkanında uzun müddət yaşayan əcnəbilərdən ehtiyat edirlər.

Respondentlərin 58 faizi terrorçuluğu, 54 faizi isə miqrantları ciddi təhlükə adlandırıb. Eyni zamanda, terrorçuluqdan qorxanların sayı son illər qismən aşağı düşüb. Xatırladaq ki, miqrasiya böhranının pik həddi sayıldığı 2015-ci ildə Aİ ölkələri əhalisinin 81 faizi terrorçuluğu əsas təhlükə hesab edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.