Dünya

Estoniyada ailə həkiminin "qaynar xətt"i artıq fərdi məsləhət də verə bilir

8 Yanvar 2020 07:07
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar ayının 1-dən etibarən Estoniyada ailə həkiminin "qaynar xətti"ndə çalışan əməkdaşlar pasiyentlərin tibbi məlumatlarını gözdən keçirə və fərdi məsləhətlər verə biləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "qaynar xətdə" çalışan həkimlər və tibb bacıları zəng edən şəxsin razılıq verdiyi təqdirdə təyin olunmuş dərmanlar və əvvəlki tibbi müayinənin nəticələri kimi məlumatları görə biləcəklər. Məsləhətlər ingilis, eston və rus dillərində verilir.

Ölkənin tibbi sığorta fondu təcili və ya həyat üçün əhəmiyyətli olan müalicəyə ehtiyac duyulmadığı halda təcili yardım xidmətinə və ya ailə həkim klinikasına zəng etmək əvəzinə "qaynar xətt"ə zəng etməyi məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.