Dünya

Almaniyada Azərbaycan vətəndaşları saxlanıldı

6 Yanvar 2020 15:36
0 Şərh     Baxış: 2 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb.

Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib.

Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında saxlananların hər birini yaşayış qanununu pozduğuna görə, 2430 avro məbləğində cərimələyib.

Növbəti iclasda həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.