Dünya

Tramp "düşmənçilik" siyasəti qarşılığında İraqı sanksiyalarla hədələyib

6 Yanvar 2020 09:18
1 Şərh     Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Bağdad tərəfindən "düşmənçilik siyasəti" yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

"Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı sanksiya tətbiq edəcəyik, çox mühüm sanksiyalar", - Tramp belə bildirib.

Tramp, həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.