Dünya

İran Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etdi

5 Yanvar 2020 18:15
22 Şərh     Baxış: 1 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

A. Musəvi deyib ki, İran XİN olayla bağlı siyasi, hüquqi müstəvidə, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində addımlar atır.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.