Dünya

İtaliyada sərxoş sürücü avtomobili turistlərin üzərinə sürdü: 6 nəfər ölüb, 11 nəfər yaralanıb

5 Yanvar 2020 14:21
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada almaniyalı turistlər qəzaya düşüb.

Milli.Az bildirir ki, APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 01.15 radələrində İtaliyanın Avstriya ilə sərhədində, Vale-Aurina kommunasında baş verib.

İçkili vəziyyətdə olan Boltsano əyalətinin Kyenes kommunasının 28 yaşlı sakini avtomobili 17 turistin olduğu qrupun üzərinə sürüb. Nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sürücü saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.