Dünya

Türkiyədə yüzlərlə polisin intiqam andı qalmaqal yaratdı - VİDEO

30 Dekabr 2019 13:02
2 Şərh     Baxış: 1 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə sosial şəbəkələrdə "Polis Akademiyasında intiqam andı" başlığı ilə video yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə yüzlərlə polisin şəhid və qazilərin intiqamını alacağı ilə bağlı andı eşidilir.

Polis Akademiyası müzakirələrə səbəb olan video ilə bağlı açıqlama yayıb.

Açıqlamada görüntülərin 2017-ci ilə aid olduğu qeyd olunub: "29 dekabr 2019-cu il tarixində yeni hadisə kimi sosial şəbəkələrdə yayılan video ilk dəfə 24 mart 2017-ci ildə paylaşılıb. Sözügedən görüntülərin həmin ilin martında bir polis məktəbində çəkildiyi müəyyənləşdirilib. Faktla bağlı lazımi tədbirlər görülüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.