Məşhur Şotland yazıçısı və rəssamı Alasder Qrey 85 yaşında vəfat edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eksperimental romanları ilə məşhur olan yazıçı Qlazqo şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
1934-cü ildə Qlazqonun şimal-şərqində anadan olan yazıçının ilk romanı 1981-ci ildə dərc olunub.
Yazıçını müasir dövrün Uilyam Bleyki adlandırırdılar.
Milli.Az