Məşhur yazıçı vəfat edib

30 Dekabr 2019 08:33

Məşhur Şotland yazıçısı və rəssamı Alasder Qrey 85 yaşında vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eksperimental romanları ilə məşhur olan yazıçı Qlazqo şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

1934-cü ildə Qlazqonun şimal-şərqində anadan olan yazıçının ilk romanı 1981-ci ildə dərc olunub.

Yazıçını müasir dövrün Uilyam Bleyki adlandırırdılar.

Milli.Az