Dünya

ABŞ-da 2019-cu ildə kütləvi qətllərin sayı rekord həddə çatıb

29 Dekabr 2019 09:19
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə ABŞ-da 41 kütləvi qətl hadisəsi baş verib. Bu son 50 il ərzində rekord göstəricidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Associated Press", "USA Today" və Şimal-Şərq Universitetinin hazırladıqları hesabatda deyilir.

Bildirilir ki, bu kütləvi qətllərin hər birində azı 4 nəfər ölüb. Qətllərin 33 faizində odlu silahdan istifadə edilib.

Ümumilikdə 41 kütləvi qətl hadisəsi nəticəsindəə 210 nəfər həlak olub.

Ən çox kütləvi qətl hadisələri Kaliforniyada qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.