Kolumbiyanın mərkəzi hissəsində Mono çayında suyun səviyyəsinin qalxması nəticəsində bir neçə kənd su altında qalıb.
Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, daşqın nəticəsində 8 nəfər itkin düşüb, bir çox evə ziyan dəyib.
Bildirilir ki, hazırda xilasetmə xidmətləri itkin düşənlərin axtarışlarını həyata keçirirlər.
Çayda suyun səviyyəsinin qalxmasının səbəbi məlum deyil.
Milli.Az