Haberler-in son dəqiqə xəbərinə görə, bir az əvvəl Türkiyədə partlayış baş verib.
Milli.Az bildirir ki, Türkiyənin Zonquldağ vilayətindəki mədəndə baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Partlayış qaz sızması nəticəsində olub.
Hadisə yerinə xilasetmə və təcili yardım briqadası cəlb olunub.
Emin
Milli.Az