Türkiyədə partlayış: 3 yaralı - FOTO

25 Dekabr 2019 13:36

Haberler-in son dəqiqə xəbərinə görə, bir az əvvəl Türkiyədə partlayış baş verib.

Milli.Az bildirir ki, Türkiyənin Zonquldağ vilayətindəki mədəndə baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Partlayış qaz sızması nəticəsində olub.

Hadisə yerinə xilasetmə və təcili yardım briqadası cəlb olunub.

Emin
Milli.Az