Dünya

Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər

24 Dekabr 2019 07:35
0 Şərh     Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyada qanunsuz silahlı qruplaşmalar pilotsuz uçuş aparatları ilə Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov deyib.

Y.Borenkov bildirib: "Dekabrın 22-si axşam saatlarında qeyri-qanuni silahlı qruplaşmaların üzvləri pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər. Saat 23:02-də Rusiyanın hava hücumundan müdafiə sistemləri aviabazaya cənub-şərq istiqamətindən yaxınlaşan 2 PUA aşkar edib və məhv ediblər".

Onun sözlərinə görə, xəsarət alanlar olmayıb, aviabazaya maddi ziyan dəyməyib, aviabaza "plan üzrə fəaliyyət göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.