Dünya

Səudiyyə Ərəbistanında jurnalisti öldürənlərə ölüm cəzası verildi

23 Dekabr 2019 17:14
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında jurnalist Camal Xaşkacinin qətlində ittiham olunan şəxslərlə bağlı məhkəmə hökm verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qətllə əlaqədar olaraq beş nəfər ölüm cəzasına məhkum edilib.

Daha üç nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.