Dünya

Qəzaya uğrayan təyyarənin pilotlarının yalvarış səsləri yayıldı: “Allahım, ruhumu qəbul elə!” - FOTO

20 Dekabr 2019 20:54
1 Şərh     Baxış: 2 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texasda qəzaya uğrayan yük təyyarəsinin pilotlarının son sözlərinin stenoqramı yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, faciə cari ilin əvvəlində baş verib. Həmin vaxt "Boeing 767" təyyarəsi qəzaya uğrayan zaman pilot Şon Arçuleta, kapitan Riki Bleykli və birinci zabit Konrad Jül Askavas həlak olmuşdu.

Belə məlum olur ki, Mayamidən çıxan "Amazon"a aid təyyarədə hər şey son anda pisləşib.

Stenoqramda pilotlardan birinin sürət itirdiklərini dediyi eşidilir.

"Hanı mənim sürətim?", - deyə o yüksək səslə soruşur.

"Biz dayanmışıq", - deyə o biri pilot da yüksək səslə cavab verir.

Cümlələrin hansının hansı pilota aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bir neçə dəqiqədən sonra pilotlardan birinin dua etdiyi eşidilir:

"Allahım, rəhm elə. Allahım rəhm elə", - deyə pilotun yalvarış səsi gəlir.

Faciəyə anlar qalmış kimsə soruşur: "Nə baş verir?"

Bir anda "Yüksəl!", - deyə insanların vahiməli qışqırtıları eşidilir.

Sonra isə yəqin ki, yaşama şansının olmadığını anlayan pilotlar şəhadət gətirirlər: "Allahım. Allahım, ruhumu qəbul elə!.."

Qəzanın səbəbləri hələ tam müəyyən olunmasa da, bunun pilot səhvi ola biləcəyi düşünülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.