Dünya

BMT-nin Baş Assambleyası nasizmin qəhrəmanlaşdırılmasıyla mübarizə haqqında qətnaməni qəbul edib

19 Dekabr 2019 08:43
0 Şərh     Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin Baş Assambleyası "nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və irqçiliyin, irqi diskriminasiyanın, ksenofobiyanın və bunlarla əlaqəli dözümsüzlüyün müasir formalarının eskalasiyasına imkan yaradan digər praktiki növləri" ilə mübarizə haqqında qətnaməni qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənədin qəbul olunmasının leyhinə 133 ölkə səs verib.

Bildirilir ki, ABŞ və Ukrayna sənədin əleyhinə səs veriblər, Avstriya, Fransa, Türkiyə, Çexiya və Slovakiya da daxil olmaqla 52 ölkə isə səs verməmə hüququndan istifadə edib.

Bu il 60-dan çox ölkənin həmmüəllifi olduğu qətnamə dövlətləri "bütün müvafiq vasitələrlə, o cümlədən tələb olunduğu təqdirdə qanunvericiliklə irqi diskriminasiyanın bütün formalarını aradan qaldırmağa" çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.