Dünya

Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi - FOTO

19 Dekabr 2019 07:25
2 Şərh     Baxış: 1 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatası vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermənin nəticələrinə əsasən çoxluq təşkil edən demokratlar D.Trampın impiçmentinə, respublikaçılar isə impiçmentə qarşı səs veriblər.

Nümayəndələr Palatasında səsvermədən sonra iş Senata keçir və Senat D.Trampla əlaqədar məhkəmə prosesi keçirməlidir.

Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsi olmalıdır. Senatda çoxluq təşkil edən respublikaçılar D.Trampın impiçmentinə səs vermək niyyətində deyillər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.