Dünya

İŞİD Mərkəzi Asiyaya soxulmağa hazırlaşır - İDDİA

18 Dekabr 2019 17:49
0 Şərh     Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir, orada Rusiyada qadağan olunan İŞİD terror təşkilatı möhkəmlənir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehranda Əfqanıstan probleminin müzakirəsinə həsr olunan təhlükəsizlik şuraları katiblərinin görüşündə deyib.

"İŞİD-çilərin əsas səyləri öz mövqelərini Əfqanıstanın şimalında cəmləşdirməkdir. Hansı ki, Tacikistan və Türkmənistan vasitəsi ilə Mərkəzi Asiya regionuna soxulmaq üçün plastdarm hazırlamaqdan ötrü ora iki mindən çox döyüşçü toplanıb. Döyüşçülərin əsas məqsədi özündə Mərkəzi Asiya ölkələri və Əfqanıstan ərazilərini birləşdirən Böyük Xorasan adlandırılan dövlətin yaradılmasıdır", - deyə N. Patruşev vurğulayıb.

O qeyd edib ki, əldə olunan məlumatlara əsasən, İŞİD-çilərin prioritet məqsədləri kritik infrastruktur obyektləri, güc strukturları, diplomatik nümayəndəliklər, eləcə də xarici vətəndaşlar ola bilər: "Müxtəlif qiymətləndirmələrə görə, Əfqanıstanda olan İŞİD üzvlərinin sayı 4 min nəfərə çatır. Xüsusi xidmət orqanlarının məlumatlarına görə, bu terrorçu qruplaşmalar ölkənin şərq əyalətlərində yerləşib. Oradakı terrorçuların sayı 1500 nəfəri ötüb və onların sayı Pakistan vasitəsilə Suriya və İraqdan gələn cihadçıların hesabına artmağa davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.