Dünya

Çinin kömür mədənində qəza: 14 nəfər öldü

17 Dekabr 2019 09:14
0 Şərh     Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quyçjou əyalətinin kömür mədənində qaz püskürməsi nəticəsində əmələ gələn qəzada ən az 14 mədən işçisi həlak olub. Daha 2 nəfər yer altında köməksiz vəziyyətdə qalıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza 17 dekabr gecə Anlu bölqəsində baş verib. İlkin məlumatlara görə, qəza zamanı mədəndə 23 işçi olub. Fəhlələrdən 7-si mədəndən çıxa biliblər.

Son məlumata görə 14 nəfər ölüb, 2 nəfər mədəndə köməksiz vəziyyətdə qalmaqda davam edir.

Hadisə yerinə yerli rəhbərliyin, müxtəlif idarələrin, eləcə də təcili yardım xidmətinin nümayəndələri gəlib. Qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.