Dünya

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir

11 Noyabr 2019 11:59
2 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda bu ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin rəsmi "Facebook" səhifəsində ölkənin Miqrasiya Xidmətinə istinadən bu barədə statistik məlumatlar paylaşılıb.

Statistikaya görə, ölkədən əhalinin köçü davam edir, lakin bu il azalma müşahidə olunub. Yəni 2018-ci ildə sentyabr ayına kimi ölkəni 15 695 nədər tərk etmişdisə, bu ilin ilk 10 ayı ərzində bu rəqəm 9857 nəfər olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkə əhalisinin sayının beş milyon nəfər olmasını strateji planı kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur.

İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərinə şübhəli yanaşırlar. Onlar bildiriblər ki, Ermənistandan işçi axını azalmırr, əksinə dayanmadan artır.

Erməni iqtisadçısı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya, əsasən, mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı bir həyat axtarışı üçün ölkəni tərk edirlər.

Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistan əhalisi azalmaqda davam edir: əhalinin sayı cari ilin oktyabr ayının 1-i ötən ilin doqquz ayı ilə müqayisədə 11,700 nəfər azalaraq 2.957.500 nəfər olub, 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə əhalisi 22,1 min nəfər azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.