İsrail Suriyadakı İran obyektlərinə zərbələr endirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail hərbçiləri, İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində "bir sıra terrorçu hədəfləri"nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran "Əl-Kuds" birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.
Qarşısı alınan hücumun planı silahlarla təchiz edilmiş pilotsuz uçuş aparatılarından İsrail hədəflərinə qarşı istifadə idi", - deyə hərbçilərin açıqlamasında bildirilir.
İran hərbçiləri və şiə dəstələri arasında itkilərin ola biləcəyi istisna olunmayıb.
Bundan əvvəl isə Dəməşq səmasında güclü partlayışlar müşahidə edilib. Suriya hərbçilərinin bildirdiyinə görə, hücumlar İsrail aviasiyası tərəfindən Golan yüksəkliklərindən Dəməşq istiqamətində həyata keçirilib və raketlərin əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu da gecə saatlarında həyata keçirilən hərbi əməliyyatı təsdiqləyib və bildirib ki, İranın ölkəyə hücum planının qarşısı alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
“Sabah” TNS-ə qarşı - Start heyətlər
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto)
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Qara dəniz üslubunda dana qovurması resepti
-
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
-
Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova
-
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib
-
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlanırmış (Foto)
-
Ərdoğan Qətərə getdi
-
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
-
Ukrayna hökuməti istefaya göndərilib





