AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaz yataqları ətrafında mübahisə Türkiyəyə qarşı "ikinci cəbhə"nin açılmasına səbəb olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Çarqrad" telekanalının siyasi şərhçisi Kamran Həsənov danışıb.
AB bazar ertəsi Türkiyənin Kipr sularındakı fəaliyyətlərinə cavab olaraq ilk sanksiyaları tətbiq edib: Türkiyə-AB şurasının iclası ləğv edilib və yüksək səviyyədə dialoq dayandırılıb, 2020-ci ildə nəzərdə tutulmuş yardımlar məhdudlaşdırılıb, Avropa İnvestisiya Bankına Türkiyəyə kreditlərlə bağlı qərarı yenidən nəzərdən keçirməsi tövsiyə edilib və sanksiya variantlarına dair işin davam etdirilməsi tapşırılıb. Buna cavab olaraq isə Türkiyə Aralıq dənizində apardığı fəaliyyətləri davam etdirəcəyini açıqlayıb.
Nə baş verir?
Türklər və avropalılar arasında münaqişə yunanlara görə gərginləşib. Kiprin xüsusi iqtisadi zonasında təbii qaz axtarışları aparan iki gəmi - "Fateh" və "Yavuz" var. Yunanıstan və Kipr hökuməti onların qanunsuz olduğunu və Kipr sərhədlərini pozduğunu düşünür. Türklər isə "başqasının ərazisində" geoloji kəşfiyyat işlərinə burada yunanlarla yanaşı türklərin də yaşaması və sonuncunun regionun təbii sərvətlərinə eyni dərəcədə haqqı çatması ilə haqq qazandırır.
Həsənovun sözlərinə görə, əgər əvvəllər Kipr ətrafında mübahisə etnik-dini və siyasi xarakter daşıyırdısa, bu gün artıq iqtisadi xarakter alıb.
"Bu məsələdə 2011-ci il dönüş nöqtəsi hesab olunur. O zaman Kipr şelfində 230 milyard kub metr ehtiyata sahib nəhəng "Afrofita" yatağı aşkarlanıb. Buradan bir qədər aralıda İsrail "Tamar" və "Leviafan", Misir isə "Zöhr" yatağını aşkar edib. Mavi yanacağın işlənməsində Qərbin böyük şirkətləri iştirak edir. Ankaranın reaksiyasını nəzərə alsaq, Türkiyə və AB arasındakı qaz mübahisəsi Nyutonun üçüncü qanununa uyğun şəkildə çalışacaq: AB Türkiyəyə nə qədər fəal şəkildə təzyiq etsə, Ankara da bir o qədər müqavimət göstərəcək.
Qaz yataqları ətrafında mübahisə Türkiyəyə qarşı "ikinci cəbhə"nin açılmasına səbəb olub. Əgər əvvəllər Ərdoğan S-400 aldığına görə onu "cəzalandırmaq" istəyən ABŞ-a qarşı çıxırdısa, indi ona qarşı Türkiyənin əsas partnyoru sayılan Avropa Birliyi meydan oxuyur", - ekspert qeyd edib.
AB-nin Türkiyənin məhsul dövriyyəsinin 50 faizini təşkil etdiyini nəzərə alaraq sanksiyaların ölkə iqtisadiyyatına necə təsir göstərəcəyi barədə sualı cavablandıran Həsənov bildirib ki, artıq türkiyəli məşhur politoloq Aydın Sezərin bu mövzuda dolğun açıqlaması var.
Sezərin sözlərinə görə, sanksiyalar simvolik xarakter daşıyır və ölkə iqtisadiyyatına heç bir təsiri olmayacaq.
"Kipr xüsusi iqtisadi zonasında Fransa və İtaliyanın neft-qaz şirkətləri çalışır. AB Türkiyənin fəaliyyətini beynəlxalq hüquq cəhətdən qanunsuz hesab edir. Lakin Türkiyə Şimali Kiprdə yaşayan türk icmasının hüquqlarının təmin edilməsi üçün qarant rolunu oynayır. Buna görə də adanın şelfində karbohidrogen mənbələrinin birgə işlənməsini təklif edir. Ötən həftə Kiprin türk hissəsinin rəhbərliyi bu məsələyə dair BMT-yə konkret təklif göndərib", - Sezər qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





