Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polşa prezidentinin nəşi Varşavaya yola salınır - FOTO-VİDEO - YENİLƏNİB
11 Aprel 2010 13:30
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11 aprel, 13:30
Polşa prezidenti Lex Kaçinskinin nəşi bu gün Varşavaya yola salınacaq.
Bu barədə Milli.Az "İTAR-TASS" agentliyinə istinadən xəbər verir.
Smolensk qubernatoru Andrey Yevseyenkovun verdiyi məlumata görə, prezidentin nəşinin Polşaya çatdırılması üçün Varşavadan xüsusi təyyarə göndəriləcək.
Prezidentin nəşinin Moskva vaxtı ilə saat 16-00-da Varşavaya yol salınacağı bildirilir.
Qeyd edək ki, qəzada həlak olanların cəsədlərinin qalıqları tanınmaq üçün Moskvaya aparılıb.
Bu arada Polşa hüquq-mühafizə orqanlarının nümayəndələri təyyarənin qəzaya uğrama səbəblərini araşdırmaq üçün Smolenskə gəliblər. Onlar işə təyyarənin "qara qutu"sunu təhlil etməklə başlayıblar.
----------------------------
11 aprel
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təyyarənin qəzaya uğradığı yerdə hazırda 800-dən artıq adam çalışır.
Nazirlikdən bildiriblər ki, qəzanın nəticələrini aradan qaldırmaq üçün 802 nəfər və 124 texnika cəlb edilib.
Moskva meri Yuri Lujkovun sözlərinə görə, isə cəsədlərin böyük əksəriyyəti artıq Moskvaya çatdırılıb və onlardan 12-i artıq tanınlb.
"Məndə olan məlumata görə, artıq cəsədlərdən 12-si tanınıb. Hazırda biz işin kədərli tərəfi ilə məşğuluq. Belə ki, cəsədlərin Polşaya yola salınması üçün bir çox ritualları - tabutları, kostyumları və sairəni yerinə yetirmək lazımdır. Ölənlərin yaxınları və qohumlarından ibarət böyük insan qrupunu qarşılamaq lazımdır. Onlar çarter reysi ilə gəlir, biz gələnlər üçün mehmanxanalarda yetərincə yer ayırmışıq"- deyə paytaxt meri bildirib.
----------------------------
10 aprel, 17:20
Polşada növbədənkənar prezident seçkisi keçiriləcək.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Polşada həmçinin yeddi günlük matəm elan olunub.
Polşa Respublikasının 1997-ci il Konstitusiyasının 131-ci maddəsinə əsasən Polşa Prezidenti Lex Kaçinskinin həlak olmasından sonra dövlət başçısı funksiyasını Seymin marşalı Bronislav Komorovski yerinə yetirəcək.
Polşa Prezidenti Lex Kaçinskinin Tu-154 təyyarəsi bu gün Smolensk vilayətində yerə enərkən Şimal hərbi aerodromunun uçuş-enmə zolağının 300-400 metrliyində qəzaya uğrayıb. Təyyarədə olan 96 nəfərin hamısının həlak olduğu bildirilir.
--------------------------
10 aprel, 12:48
"Reuters" agentliyinin məlumatına görə, hələlik hadisənin təfərrüatları açıqlanmır. Yalnız xəsarət alanın olmadığı məlumdur.
Digər məlumatda isə təyyarənin eniş edən zaman ağaca ilişdiyi, hətta enişdən sonra alışdığı bildirilir.
Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı prezident təyyarədə olub. "CNN-Türk"ün məlumatına görə, qəza 87 nəfərin həyatına son qoyub.
Rusiya KİV-ində Polşa XİN-dən verilən son məlumat yayılıb. Xəbərdə bildirilir ki, qəza nəticəsində Polşa prezidenti Lex Kaçinski və xanımı da həlak olub.
----------------------
Rusiya Federasiyası Prokurorluğu yanında Təhqiqat Komitəsindən verilən məlumata görə, qəzaya uğrayan Tu-154 təyyarəsində 132 nəfər olub. Təyyarənin güclü duman səbəbindən qəzaya uğradığı bildirilir.
-----------------------
Rusiya prezidenti Dmitri Medvedev təyyarə qəzası ilə bağlı məlumatlandırılıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentin göstərişi ilə Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu hadisə yerinə yola düşüb.
-----------------------
Smolensk vilayətinin qubernatoru Sergey Antufyev Varşavadan Smolenskə uçan təyyarənin qəzaya uğraması nəticəsində Polşa prezidenti Lex Kaçinsiknin də həlak olduğunu bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyi də qəzaya uğramış təyyarədə olan sərnişinlərdən heç kimin sağ qalmadığını təsdiq edib.
Qəza ilə bağlı araşdırma aparmaq üçün Rusiya prezidenti Dmitri Medvedev tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyaya baş nazir Vladimir Putin rəhbərlik edir.
------------------------
Qəzaya uğramış təyyarədə Polşa prezidenti və xanımı ilə yanaşı, prezidentin qardaşı, sabiq baş nazir, Haqq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.
Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməliydi. 1940-cı ilin yazında polşalı zabitlər həmin kənddə güllələnib. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalıydılar. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməliydi.
--------------------------
Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən gazeta.ru saytına bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: "Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb".
--------------------------
Təyyarə qəzasında həlak olmuş Polşa prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq parlamentin spikeri Bronislav Komorovski icra edəcək. "Azadlıq" radiosunun məlumatına görə, bu, baş nazir Donald Tuskun Varşavada çağırdığı təcili toplantıda elan edilib.
Milli.Az
--------------------------------------------------------------------------------

DİGƏR XƏBƏRLƏR
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ermənistan ordusuna ayrılan vəsait kəskin artırılacaq
XƏBƏR LENTİ
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Qazaxda ağır qəza - 3 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq