Dünya

“Şatdaun” ABŞ iqtisadiyyatına 6 milyard dollar ziyan vurdu

27 Yanvar 2019 16:16
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökumətinin ötən il 21 dekabrdan etibarən fəaliyyətini dayandırması ölkə iqtisadiyyatına 6 milyard dollar ziyan vurub.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, bu məbləğ Meksika ilə sərhədə divar çəkilməsi üçün tələb olunan məbləğdən 300 min dollar çoxdur.

Qeyd edək ki, "şatdaun"un yaranmasına əsas səbəb Meksika ilə sərhədə divar çəkilməsi üçün 5,7 milyard dolların ayrılmaması idi. Tramp buna cavab olaraq hökumətin fəaliyyətini dayandırmaq barədə qərar vermişdi.

Lakin dünən Konqreslə ABŞ prezidenti arasındakı razılığıa əsasən Tramp hələlik tələbindən imtina edib. Bununla belə, o, xəbərdarlıq edib ki, əgər sərhədlərin təhlükəsizliyi üzrə Nümayəndələr Palatası və Senat arasındakı ikitərəfli danışıqların nəticəsindən razı qalmasa, 15 fevralda "şatdaun" bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.