Dünya

ABŞ Ermənistana maliyyə yardımını dayandırdı

29 Mart 2018 13:06
0 Şərh     Baxış: 2 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunan dövlət büdcəsini imzalayıb. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, büdcəyə əsasən, ABŞ Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistana maliyyə yardımı etməyəcək.

Qeyd edək ki, 2017-ci ildə ABŞ tərəfindən Ermənistana edilən maddi yardım 2016-ci ilə nisbətən 3 dəfə azalmışdl. 2016-ci ildə rəsmi İrəvan 20,4 milyon dollar yardım almışdısa, 2018-ci ildə bu rəqəmin 6,2 milyon dollar olacağı gözlənilirdi. Lakin təsdiq olunan dövlət büdcəsinə əsasən, ABŞ Ermənistana ümumiyyətlə maliyyə yardımı ayırmayacaq.

Amerikanın İrəvandakı səfirliyindən isə bildirib ki, Ermənistana ayrılan vəsaitlərin həcmi idarələrarası proses çərçivəsində müəyyənləşdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.