Dünya

Rusiya XİN: Xarici siyasətimiz dəyişməyəcək

23 Mart 2018 17:42
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyanın xarici siyasəti, o cümlədən Cənubi Qafqaz ölkələri ilə bağlı siyasəti prezident seçkilərindən sonra da beynəlxalq hüquq normalarına əsaslanmağa davam edəcək".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat Departamentinin direktor müavini Artyom Kojin keçirdiyi brifinqdə bildirib.

"Prezident seçkilərindən sonra Rusiyanın xarici siyasət konsepsiyasında hansısa dəyişikliklər gözlənilirmi" sualına cavabında Rusiya XİN rəsmisi belə cavab verib: "Rusiyanın xarici siyasəti beynəlxalq hüquq normalarına riayət olunmasına əsaslanıb. Prinsipial olaraq bu, dəyişmir və bundan sonra da hər kəs tərəfindən qəbul olunan beynəlxalq normalara uyğun olacaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.