Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə-Ermənistan münasibətləri: zülmətə açılan qapı
24 Noyabr 2014 10:16
Baxış: 2 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22-23 noyabr tarixlərində Türkiyənin Ankara Universitetinin Siyasi elmlər fakültəsi və "Hrant Dink Fondu" tərəfindən "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfrans keçirildi.
Konfransın "erməni soyqırımı"nın yaxınlaşmaqda olan yüz illiyi ərəfəsində Türkiyə-Ermənistan əlaqələrinə bir çıraq olacağı hesab edilirdi.
Təbii ki, hər kəsin öz fikrini azad şəkildə ifadə etdiyi Türkiyə kimi bir ölkədə belə tədbirlərin keçirilməsi və buna qarşı əks fikirlərin olması normaldır.
"Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransın keçirilməsi birmənalı qarşılanmadı. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel konfransı türk millətinin yaddaşını unutdurmaq üçün atılan addım kimi qiymətləndirdi.
Bozyel Trend-ə verdiyi açıqlamasında qeyd etdi ki, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: "Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil".
Bu gün istər Türkiyədəki ermənipərəst qüvvələr, istərsə də Ermənistan rəhbərliyi Ankara-Yerevan danışıqlarında Azərbaycanın maraqlarının şərt kimi qoyulmasının əleyhinə olsalar da, Bakının maraqları təmin olunmadan Türkiyə-Ermənistan münasibətlərində hər hansı irəliləyişin olacağı mümkün deyil.
Türkiyə rəsmiləri də Ankara-Yerevan münasibətlərinin Azərbaycanın maraqları nəzərə alınmadan normallaşmasının mümkünsüzlüyünü bildiriblər.
Trend-ə verdikləri açıqlamalarda Türkiyə baş nazirinin müavini Yalçın Ağdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqlarının nəzərə alınmalı olduğunu və Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkün olmadığını bildiriblər.
Digər tərəfdən, Dağlıq Qarabağ problemi artıq Azərbaycan üçün nədirsə, Türkiyə üçün də o mənanı kəsb edir. Dolayısı ilə bu, Ankara üçün milli məsələdir. Milli məsələnin nə olduğunu anlamaq üçün isə ən azından millət olmaq lazımdır.
Bu gün Türkiyədəki ermənipərəst qüvvələr və Ermənistan rəhbərliyinin ciddi cəhdlərinə baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bərpa edilməsi əsla mümkün deyil. Ən azından ona görə ki, Türkiyə hakimiyyətində kimin olmasından asılı olmayaraq, belə bir addımın atılması siyasi intihardan başqa bir şey deyil.
Digər tərəfdən isə, Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən önəmli enerji layihələri nəzərə alınsa, çətin ki, Ankara bu layihələri iqtisadi böhran içində boğulan Ermənistanla münasibətlərinə dəyişsin.
Bu gün Türkiyə ilə Ermənistan arasından əlaqələrin normallaşmasının labüdlüyündən ağız dolusu danışılsa da, bu istiqamətdə addımlar atılsa da, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Ermənistan rəhbərliyinin Türkiyəyə qarşı "soyqırım" və ərazi iddiaları yaddaşlardan silinmədikcə, tərəflər arasındakı münasibət zülmətə açılan qapıdan başqa bir şey olmayacaq.
Rufiz Hafizoğlu
Trend

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
39 nəfər üzərində sınaq başladı: Bu peyvənd dünyanı dəyişə bilər
-
Neftdən gələn xəbər bazarları hərəkətə gətirdi
-
Trampın Qəzza planı niyə çökür?
-
Kuril adalarında güclü zəlzələ baş verib
-
Kənd yumurtasını mağaza yumurtasından ayırmağın yolları
-
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
-
Mətanətdən Vüqar Muradova ağır sözlər
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"