Dünya

Hansı lotereya haram, hansı halaldır?

3 Dekabr 2010 20:35
Baxış: 2 661
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalı "Al Khaleej"ə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Üləmalar Şurası lotereya və ya uduşlu kupon alaraq avtomobil, ev və ya hər hansı bahalı mükafat arzusuna düşməyi mömin müsəlmanlar üçün haram sayıb.

"Əgər hər hansı müsəlman məhz mükafata yiyələnmək üçün lotereya və kuponu satın alırsa, bu əməl birmənalı şəkildə haramdır. Belə davranış qumar oynamağın bir növüdür. Yox əgər lotereya və ya uduşlu kupon dükandakı alış-verişdə verilibsə, yəni müsəlman o dükana lotereya bileti almaq məqsədilə getməyibsə və lotereya ona məhz əlavə pay kimi verilibsə,  belə lotereya bileti və kuponlar haram sayılmır. Onlardan istifadə etmək olar", - Ali Üləmalar Şurasının fətvasında deyilir.

Orxan
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.