Dünya

Dəhşət: belə zorlama hadisəsi olmamışdı

28 Fevral 2014 11:13
13 Şərh     Baxış: 31 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17 yaşlı qız əmisioğlu, bibisioğlu və iki xalasıoğlu tərəfindən müxtəlif vaxtlarda zorlanıb

Türkiyənin Diyarbəkir vilayətində misli görünməmiş zorlama hadisəsi baş verib.

Anspress-in Doğan Haber Agentliyinə istinadən verdiyi məlumata görə, 17 yaşlı Z.K. yaxın qohumları - əmisioğlu, bibisioğlu və iki xalasıoğlu tərəfindən müxtəlif vaxtlarda zorlanıb.

Yaxın qohumları tərəfindən zorlanan qız hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə qızın hamilə qalması ilə ortaya çıxıb. Məsələnin böyüməməsi üçün qızı xalasıoğlu ilə evləndiriblər. Lakin bir müddət sonra onlar boşanıblar.

Övladı ilə ortada qalan qadın yenidən prokurorluğa müraciət edib. Məhkəmədə qadının övladının atası həbs olunub. Onun barəsində 22.5 il həbs cəzası kəsilib. Digər qohumların isə günahı olmadığına qərar verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.