Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BBC-nin arxivlərində qorunan qeydlər arxeoloq Hovard Karterin 12 fevral 1924-cü ildə Misir fironu Tutanhamonun məzarını necə kəşf etdiyini bütün təfərrüatları ilə göstərir.
Milli.Az xəbər verir ki, 1936-cı ilə aid bir radio qeydində Hovard Karter 12 fevral 1924-cü ildə komandası ilə birlikdə firon Tutanhamonla "qarşılaşan" ilk insanlar olduqları anı belə təsvir edir:
"İnsan ayağının bura sonuncu dəfə dəydiyi vaxtdan 33 əsr keçmişdi, lakin buna baxmayaraq, canlı həyatın izləri hələ də ətrafımızda idi."
Karter BBC-yə danışanda xəzinələrlə dolu məzarın tapılmasından artıq 14 il keçmişdi. Fironun toxunulmamış məzarını möcüzəvi şəkildə tapan Karter bu kəşflə həm özünü dünya şöhrətli simaya çevirmiş, həm də dünyada qədim Misirə qarşı böyük bir maraq dalğası başlatmışdı.
Karter fironun min illərdir toxunulmayan daş tabutuna (lahit) çatdıqda hiss etdiyi qəribə duyğuları bu sözlərlə bölüşmüşdü:
"Yarı dolu bir məhlul qabı, qaralmış bir lampa, diqqətsiz bir dülgərin yerdə qoyub getdiyi taxta parçaları..."
Komanda 1130 kiloqram ağırlığındakı daş qapağı qaldıranda məzara ilk dəfə işıq düşmüşdü. Karter o anı belə xatırlayırdı:
"Gözlərimizin önündə canlanan mənzərə o qədər möhtəşəm idi ki, dodaqlarımızdan heyrət dolu bir nida qopdu. İçəridə gənc kralın mükəmməl işçiliklə hazırlanmış qızıl heykəli dururdu."
Dünyanın ən böyük arxeoloji kəşflərindən birini etməsinə baxmayaraq, Hovard Karterin rəsmi təhsili yox idi və o, 15 yaşında məktəbi atmışdı. Norfolkdakı evinin yaxınlığında yaşayan aristokrat bir ailənin Misir kolleksiyasına maraq salan Karter rəssamlıq qabiliyyəti sayəsində 17 yaşında Misirdə rəssam-cizgiçi kimi işə düzəlmişdi.
Tutanhamonun məzarının tapılması isə böyük ölçüdə şans məsələsi idi. Məzarın girişi əsrlər boyu qalıq təbəqələri ilə gizli qaldığı üçün nə qəbir oğruları, nə də arxeoloqlar onu tapa bilmişdilər.
1922-ci ilin noyabrında Karter bir şam tutaraq məzarın kiçik dəliyindən içəri baxanda gördüklərini belə ifadə etmişdi:
"Hər yerdə qızılın parıltısı var idi."
Misirin 18-ci sülaləsinin 11-ci fironu olan Tutanhamon taxta çıxanda cəmi 8-9 yaşlarında idi. Təxminən 17 yaşında vəfat edən gənc kralın ölüm səbəbi isə hələ də elm dünyası üçün sirr olaraq qalır.
Bu kəşf 1920-ci illərin populyar mədəniyyətinə də dərindən təsir etdi; piramida və lotos çiçəyi motivləri modadan tutmuş memarlığa (Art Deco), səssiz filmlərdən caz mahnılarına qədər hər şeyə ilham verdi.
Kəşfdən bir əsrdən çox vaxt keçsə də, Tutanhamonun hekayəsi insanları valeh etməyə davam edir. Hazırda fironun mumiyalanmış bədəni Misirdəki Krallar Vadisindəki məzarında, məşhur qızıl dəfn maskası isə Qahirə yaxınlığındakı Böyük Misir Muzeyində nümayiş etdirilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
136 yaşındadır, 27 oğlu, 7 qızı və 500-dən çox nəvəsi VAR - VİDEO
-
Gənc qız sevgilisinə evlilik təklifi ETDİ - VİDEO
-
İranda 88 gündən sonra internet qismən bərpa olundu
-
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
Gözəllik kraliçasını əri tərəfindən öldürüldü
XƏBƏR LENTİ
-
136 yaşındadır, 27 oğlu, 7 qızı və 500-dən çox nəvəsi VAR - VİDEO
-
Aygün Kazımovanın yanında yeganə qəmli KİŞİ - VİDEO
-
Gənc qız sevgilisinə evlilik təklifi ETDİ - VİDEO
-
“Hələ onları bizə örnək göstərirlər”
-
Mal ətindən daha dadlıdır, amma bu barədə az adam bilir
-
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
-
Tələbə faciəvi şəkildə öldü
-
“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir
-
İranda 88 gündən sonra internet qismən bərpa olundu
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
-
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
-
“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bayram tətili başlayıb
-
Günün qoroskopu: Bu gün yaradıcılıq potensialınız olduqca yüksəkdir
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Dolu maşınlara belə ziyan vurdu - VİDEO
-
Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO
-
Qvardiolanın yerinə o gəldi
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlk dəfə qızından danışdı
-
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı
-
Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?
-
"Pulumu ən çox onlara xərcləyirəm"





