Dünya

ABŞ və İran yenidən masa arxasına oturur: Diplomatiya, yoxsa müharibə hazırlığı?

22 Fevral 2026 23:32
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın nəfəsini dərərək izlədiyi ABŞ-İran gərginliyində yeni mərhələ başlayır. Bir tərəfdən Cenevrədə keçiriləcək üçüncü tur müzakirələrin tarixi açıqlanıb, digər tərəfdən isə ABŞ-nin bölgəyə irimiqyaslı hərbi daşımaları davam edir.

Milli.Az xəbər verir ki, Umman Xarici İşlər naziri Bədir Əl-Busaidi təsdiqləyib ki, ABŞ və İran nümayəndələri 26 fevral cümə axşamı günü İsveçrənin Cenevrə şəhərində görüşəcəklər. Nazir tərəflər arasında müsbət impulsun yaxalandığını və razılaşmanın yekunlaşması üçün ümidlərin olduğunu bildirib.

Diplomatik cəhdlərə baxmayaraq, ABŞ hərbi gücünü Orta Şərqə doğru hərəkət etdirir:

12 ədəd F-22 qırıcısı artıq İngiltərədəki bazaya çatıb və oradan Orta Şərqə keçməyə hazırlaşır.

6 ədəd E-3 Sentry AWACS (havadan xəbərdarlıq və idarəetmə) təyyarəsi bölgəyə göndərilib.

Şərqi Aralıq dənizi üzərində casus təyyarələrə davamlı olaraq yanacaq doldurulur ki, bu da İranın strateji nöqtələrinin fasiləsiz müşahidə altında olduğunu göstərir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.