ABŞ-də Taho gölü yaxınlığındakı bir xizək kurortunda üç ayı izdihamlı xizək yolundan keçərək ziyarətçilər arasında təşvişə səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ayılar xizəkçilərə və snoubordçulara çox yaxın keçsələr də, heç kəsə zərər vermədən yolun digər tərəfinə keçərək meşəlik əraziyə itiblər.
O anlar ziyarətçilər tərəfindən qeydə alınıb.
"Əvvəlcə onların insan olduğunu düşündük, sonra böyük itlərə bənzətdik. Amma ayı olduqlarını anlayanda hamı "Dayan!" deyə qışqırmağa başladı", - xizəkçi Barkley Veyhrauç qeyd edib.
Qarlı yamaclarda sürətlə irəliləyən ayılar xizəkçilərin arasında keçərkən bəzi idmançılar donub qalıb, digərləri sürətlə istiqamətini dəyişib.
Milli.Az





