Dünya

Məzar deyil, sanki qızıl mədəni: Qazdıqca sərvət çıxdı - FOTO

22 Fevral 2026 23:11
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Panamada aparılan qazıntılar zamanı eramızdan əvvəl 800-1000-cü illərə aid bir məzar tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, arxeoloqlar skelet qalıqlarının qızıl zinət əşyaları və keramika ilə əhatə olunduğunu bildiriblər.

Tədqiqatçılar bunun yüksək statuslu bir şəxsə məxsus olduğunu güman edirlər.

Kəşf Panama paytaxtından 200 km cənub-qərbdəki Nata bölgəsində, El Cano arxeoloji ərazisində aparılıb. Qazıntının aparıcı arxeoloqu Culiya Mayo məzarın 8-11-ci əsrlərə aid olduğunu bildirib.

Məzarda iki bilərzik, iki sırğa və yarasa ilə timsah fiqurlarına malik qızıl yaxalıqlar tapılıb. C.Mayo qızıl-zinət əşyaları ilə dəfn edilmiş şəxsin qrupda ən yüksək sosial statusa malik olduğunu qeyd edib.

El Cano arxeoloji ərazisi təxminən 200 il boyunca ölülər üçün dəfn mərkəzi kimi istifadə olunub. Cümə günü əvvəllər aşkar edilmiş məzarla oxşar olan daha doqquz məzar üzərində qazıntılar aparılıb.

Panama Mədəniyyət Nazirliyi qazıntıların ölkə arxeologiyası və Mərkəzi Amerikadakı İspanaqədərki cəmiyyətlərin öyrənilməsi üçün böyük əhəmiyyət daşıdığını açıqlayıb. Ekspertlərin sözlərinə görə, bu kəşf göstərir ki, həmin cəmiyyətlərdə ölüm yalnız son deyil, həm də sosial statusun qorunub saxlanıldığı mərhələ kimi qəbul edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.