Mühərrikləri heç vaxt dağılmayan 5 "CİP"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Krossoverlərin (cip) ikinci əl bazarında mühərrikin resursu çox vaxt avtomobilin sərfəli alış olub-olmayacağını, yoxsa daimi xərc mənbəyinə çevriləcəyini müəyyən edir.
Milli.Az xəbər verir ki, 7-10 ildən artıq yaşı olan avtomobillərin sahibləri üçün ən baha başa gələn nasazlıqlar məhz güc aqreqatlarının sıradan çıxmasıdır.
Mütəxəssislər qeyd edirlər ki, bütün müasir mühərriklər eyni dərəcədə yaxşı "qocalmır". Bəzi aqreqatlar cəmi 150-200 min km məsafəyədək stabil işləyir, bundan sonra isə bahalı təmirlərin ardıcıl mərhələsi başlayır. Eyni zamanda, əsaslı müdaxilə olmadan 300-500 min km məsafə qət etməyə qadir olan mühərriklər də mövcuddur.
1. Toyota RAV4 (2.0 və 2.5 benzin, 2AR-FE seriyası, Dynamic Force)
Toyota ənənəvi olaraq etibarlılıq reytinqlərində lider mövqedədir. 2AR-FE seriyalı mühərriklər sadə konstruksiyası və ciddi qüsurların azlığı ilə tanınır. RAV4 8-12 yaşlı avtomobillər arasında mühərrik nasazlıqlarının ən aşağı göstəricilərindən birinə malikdir.
Real resurs: müntəzəm texniki xidmət şərti ilə 350-500 min km.
2. Honda CR-V (2.0 və 2.4 i-VTEC, K seriyası)
K20/K24 seriyalı mühərriklər J.D. Power reytinqlərində ən etibarlı aqreqatlardan biri kimi tanınır. CR-V hətta 10 ildən artıq istismar olunduqdan sonra belə nadir hallarda ciddi təmirə ehtiyac duyur. Üstün cəhəti turbinasız, atmosfer tipli və etibarlılığı sübut olunmuş mühərrikə malik olmasıdır.
3. Lexus RX (3.5 V6 2GR-FE)
Toyota-nın premium bölməsi yüksək etibarlılığı təmin edir. 2GR-FE mühərriki əsaslı təmir olmadan 400 min km-dən çox məsafə qət edə bilir. J.D. Power məlumatlarına görə, Lexus RX mühərrikdə ciddi nasazlıqların minimal sayı baxımından liderlər sırasındadır.
Mənfi cəhət: texniki xidmət xərclərinin daha yüksək olması.
4. Mazda CX-5 (2.0 və 2.5 Skyactiv-G)
Skyactiv-G mühərrikləri qənaətcilliklə davamlılığı birləşdirir. 6-10 yaşlı avtomobillər qrupunda mühərrik nasazlıqlarının aşağı səviyyədə olduğunu qeyd edir. Bu motorlarda turbomühərriklərə xas tipik "xəstəliklər" yoxdur və onlar yüksək yürüşə yaxşı dözür.
Real resurs: ciddi müdaxilə olmadan 300-400 min km.
5. Subaru Forester (2.0 atmosfer, FB20)
Subaru-nun atmosfer mühərrikləri turboversiyalarla müqayisədə daha etibarlı sayılır. Forester sadə mexanikası və stabil işi ilə dəyərləndirilir. Əsas şərt yağ səviyyəsinə nəzarət və müntəzəm texniki xidmətdir. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
"Volkswagen"də 47 mindən çox insan işsiz qalacaq
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
XƏBƏR LENTİ
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - (Foto)
-
“Yaprak Dökümü”nün aktrisası illər sonra - (Foto)
-
Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Gülüstan Əliyeva: "Xanım məmurun dediyi sözlərdən ağlamağa başladım" - (Video)
-
Tramp: “Ümid edirəm ki, cənnətə düşəcəm"
-
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - (Foto)
-
Hadise qardaşı qızı üçün mahnı oxudu – Makiyajsız görüntüsü diqqət çəkdi - (Video)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Bu ərazilərə qar yağdı (Foto)
-
Pilot namazını təyyarədə qıldı - (Video)
-
Yaponiyada güclü zəlzələ
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
-
Elgizin bağ evinin həyətindən gündəm olan Videosu





