İdman

Qurban Qurbanovun narazı olduğu stadionda qeyri-adi problem

22 Fevral 2026 21:35
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Misli Premyer Liqasının XXI turunda "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Şamaxı"nı qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov maraqlı iddia ilə çıxış edib.

O bildirib ki, Quba Olimpiya İdman Kompleksinin stadionunun qapıları normadan 11 sm hündür imiş:

"Bu stadiona xeyrimiz oldu. Əvvəl bu stadionun qapıları normadan 11 sm hündür idi. Bu gün onu düzəltdilər".

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İmişli"yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirib. O, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.