İqtisadiyyat

Qərar masadadır – İlkin olaraq 2001-ci ilədək tikilən evlərə kupça veriləcək - VİDEO

23 Fevral 2026 00:33
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evlərlə bağlı hazırlanan konsepsiyanın yaxın müddətdə təsdiqi gözlənilir. Təxminən 100 min evə kupça verilməsi mümkün olacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Bununla bağlı konspesiya hazırlanıb və yaxın müddətdə təsdiqi gözlənilir. Təsdiq olunduqdan sonra isə birinci mərhələdə 2001-ci ilədək inşa edilən evlərə kupça veriləcək.

Həmçinin tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır. Nazirlər kabineti daşınmaz əmlakın sənədlərinin qeydiyyatı, qəbulu və yoxlanması üzrə prosedurları tədiq edib. Yeni qərarla bu prosesin sadələşdirilməsi reallaşıb. Müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək.

Belə ki artıq müddətlə bağlı da qərar qəbul olunub. Qurum prosesi təxminən 2 həftə ərzində yekunlaşdırmalı, nəticəsi barədə vətəndaşa məlumat verməlidir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.