Taylandda müvəqqəti alkoqol satmaq qadağan olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Taylandda erkən parlament seçkiləri ilə bağlı ölkə üzrə müvəqqəti alkoqol satışı qadağan ediləcək.
Milli.Az xəbər verir ki, bu barədə TASS-a istinadən Tayland Turizm Polisindən məlumat verilib.
Bildirilib ki, qadağa 7 fevral, şənbə günü saat 18:00-dan etibarən 24 saat müddətinə qüvvəyə minəcək. Tayland qanunvericiliyinə görə, seçki dövründə ölkə ərazisində bütün növ spirtli içkilərin satışı və yayımı qəti qadağandır. Bu qadağa minimarketlər, supermarketlər, restoranlar, bütün əyləncə obyektləri və gecə klublarına, həmçinin spirtli içkilərin satışı və yayımı ilə bağlı bütün tədbirlərə şamil olunur.
Polis bildirib ki, qadağanı pozanlar qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyacaqlar, buna altı ayadək azadlıqdan məhrum etmə, 10 min bata (təxminən 314 dollar) qədər cərimə və ya hər ikisi daxildir. Polis həm vətəndaşlardan, həm də turistlərdən anlayış göstərməyi xahiş edib ki, seçkilər sakit, şəffaf və ədalətli şəkildə baş tutsun.
Tayland Seçki Komissiyası 8 fevral 2026-cı il tarixini Milli Məclisin (parlamentin aşağı palatası) erkən seçkilərinin keçirilməsi günü kimi təsdiqləyib. Bu, Tayland Kralı Maha Vaçiralongkornun (Rama X) Baş nazir Anutin Çanvirakunun aşağı palatanın buraxılması barədə ərizəsini təsdiqləməsindən sonra baş verib. Səbəb kimi hökumətin azlıqda olması və "Pumçaytai" ("Taylandın Qüruru") partiyasının rəhbərliyi altında siyasi maraqların nəzərə alınmasının praktiki olaraq işin dayanmasına səbəb olması göstərilib.
Seçki günü Taylandda həmçinin yeni Konstitusiyanın hazırlanması ilə bağlı referendum da keçiriləcək.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
XƏBƏR LENTİ
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Pərvin Abıyeva: “Yerindən duran maşın sürür”
-
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
-
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - (Foto)
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir





