Dünya

Bəs deyirdin, 25 dekabrda dünya dağılacaq? - FOTO

25 Dekabr 2025 22:50
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qana sakini Ebu Nuh yuxusunda Allahın 25 dekabr 2025-ci ildə İncil-dəki Nuh tufanına bənzər qlobal sel felaketi baş verəcəyini bildirdiyini iddia edib.

Milli.Az xəbər verir ki, bu iddia əsasında Ebu Nuh tamamilə taxtadan ibarət olan səkkiz böyük gəmi inşa etdirib.

Onun sözlərinə görə bu gəmilərə minməyənlər seldə boğulacaqdı.

Hətta, Qanalılar gəmilərdə yer tutmaq üçün bir-birini tapdalayıblar.

25 dekabr gəldikdə isə Ebu Nuh açıqlama verərək "Şad xəbər, Tanrı bizə daha çox gəmi tikmək üçün vaxt verdi" deyərək tufanın ertələndiyini bildirib.

Maraqlı məqam isə ondan ibarətdir ki, Nuhun gəmilər üçün satdığı biletlerden əldə etdiyi pulla özünə lüks avtomobillər alıb.

Hadisə sosial mediada geniş müzakirə olunur.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.